“Kuba ilə dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk” – İlham Əliyev 

“Kuba ilə dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk” – İlham Əliyev 

Hazırda oxunan: “Kuba ilə dostluq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk” – İlham Əliyev 

171626

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO