Xətaidə pirotexniki vasitələr satan 3 nəfər TUTULDU - FOTO

Xətaidə pirotexniki vasitələr satan 3 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Xətaidə pirotexniki vasitələr satan 3 nəfər TUTULDU - FOTO

171573

Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.

Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO