Elnarənin

Elnarənin "Canlı ölüsən" atmacasına Röyadan CAVAB

Hazırda oxunan: Elnarənin "Canlı ölüsən" atmacasına Röyadan CAVAB

171531

"Biri var (müğənni Elnarə Xəlilovanı nəzərdə tutur - red.) ancaq mənimlə bağlı paylaşımlar edir. Elə bilir, kimisə öyrətmişəm ki, efirdə onun haqda danışsın. O qədər ağılsızlıqdır ki. O adamı öyrədərəm ki, çıxıb məni tərifləsin. Səndən niyə danışsın? Mən belə iş görərəm? Sənə özümü təriflətdirərəm? Niyə deyim ki, çıx get filankəsə belə sözlər de, dəli olsun. Niyə? Mən aslanam. Aslan heç vaxt kənardan pişik kimi gəzməz. Heç vaxt çoxdan tanıyıb sevdiklərimlə də işim olmaz".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi ad çəkmədən onunla ədavət aparan və son günlər sosial şəbəkələrdə haqqında qarşı tərəfin adını açıqlamadan qalmaqallı fkirlər səsləndirən həmkarı Elnarə Xəlilovadan söz açıb.

Röya bildirib ki, Elnarə onunla "Instagram"da düşmənçilik aparır və oradan onun ünvanına sərt mesajlar yollayır:

"Sevdiyim, hörmət etdiyim sənətçilər var. İllərdir görmədiklərim də çoxdur. O demək deyil ki, görmürəmsə, onlar mənə düşmən kəsilməlidir. Bunlarda maraqlı bir şey var, sanki Röya onlarla oturub-durmayanda pis olur. Mənim də oturub-durmaq istədiyim insanlar var. Evimə hər zaman gələn adamlar var. Arada haradasa təsadüfən toplanırıq. Məsələn, çəkilişdəyik, evə zəng edirəm ki, nə bişirmisiz? Deyirlər, maraqlı yemək. Onda deyirəm, getdik bizə. Biz evdə 3 nəfərik, ruzini bölmək lazımdır. Həm də evimizə yox, restoranımıza gəlirlər. Bizə gələnlərin bəlkə 5 faizi evin içini görüb. Həmkarım Səidənin hazırda Elnarə ilə problemi var. Elnarə elə bilir ki, mən onu öyrədirəm. Elnarənin işi-gücü ancaq mənəm. İnstaqramını mənə həsr etmisənsə, aslan kimi adamam, ver idarə edim, hesabını qaldırım. Nə qədər izləyici gətirərəm sənə. Onları fikirləşmədən öncə ağlına gətir ki, bu Röyadır. Həyatda hər şeyi öz hörmətinə qazanan bir qızdır. Heç kim deyə bilməz ki, kiminsə toyuğuna “kış” demişəm. Necə fikirləşə bilərsiz ki, kimisə evimə dəvət edirəm, ya da gedirəm onun evinə, deyirəm, çıxıb söyləcəyəcəksən, belə danışacaqsan. Əksinə birgə əyləşəndə də icazə vermirəm ki, kiminsə haqqında danışılsın. Biri gəlib desin ki, biz Röyanın evinə yığışıb kimdənsə nəsə danışmışıq. Heç halları olmur. O qədər yeyib-içirlər ki, evə meyitlərini aparırlar. Səidə də çılğın qızdır. O, heç mənə indiyə qədər cavab verə bilməyib ki, niyə qalmaqal yaşadıq. Məndən şübhələnirsizsə, hələ tapa bilmirəm ki, mənimlə problem nəydi. Sənə də vaxt çatacaq, sən də mənə cavab verə bilməyəcəksən, gözəl”.

Qeyd edək ki, həftələr əvvəl Elnarə Xəlilova sosial şəbəkə hesabında ad çəkmədən Xalq artisti Röya Ayxanın ünvanına ard-arda təhqir dolu postlar paylaşıb.

"Səni cəsarətli bilirdim, "kukla". Cürətin çatmır mənimlə savaşmağa, itlərini fısqırtmısan üstümə, hürə-hürə qalıblar? Kişi qızı kimi çıx qarşıma, de ki, zəhləm gedir səndən, uğurlarını həzm edə bilmirəm, boğazımda qalmısan. Deyim, hə, kişi qızısan. Yoxsa özün girmisən siçan dəliyinə qorxundan, çaqqallarını da salmısan canıma. Sən də geyin-keçin, bəzən, düzən və sadəcə, ağzını aç-bağla, kifayət edir. O da idmandı da. Hər adam bacarmır onu. Şpaqat otura bilərsən gələn konsertlərdən birində? Sadəcə, arada mahnı da oxu ki, bilək oxuyanısan. Tükənmisən artıq, canlı ölüsən. Arada sənə yazığım da gəlir. Çox istərdim ki, sənət göstərəsən. 20 il ancaq uladın, bütün mahnıların da bayquş kimi. Son mahnılarının hamısı bir vedrə zibil, apar çırp müəlliflərin təpəsinə. Yenə aldadıblar səni. Arada güzgüdə özünə baxırsan? Get-gedə kişiyə oxşayırsan. Təkcə sənətimlə itli-küçüklü hamınızı basdıraram. Sadəcə, özünü sev və özünə hörmət elə, “kukla”. Mənə sataşma", - deyə Elnarə vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO