“DOST Çağrı Mərkəzi”də 1,8 milyon vətəndaş müraciəti cavablandırılıb

“DOST Çağrı Mərkəzi”də 1,8 milyon vətəndaş müraciəti cavablandırılıb

Hazırda oxunan: “DOST Çağrı Mərkəzi”də 1,8 milyon vətəndaş müraciəti cavablandırılıb

171463

“Bu il “DOST Çağrı Mərkəzi” 142 tərəfindən 1,8 milyon, ümumən ötən dövrdə 5,1 milyondan çox vətəndaş müraciəti cavablandırılıb”.

Bizim.Media xəbər verir ki, bunu DOST Agentliyində ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

“Bu il 5 yaşını qeyd edən DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. 2023-cü ildə də bir sıra beynəlxalq müsabiqələrdə qalib gələn DOST Agentliyinin təltif edildiyi mükafatların sayı artıq 20-yə çatıb. Bir çox ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər və həmin ölkələrdə Azərbaycanın DOST modelinin tətbiqi məqsədilə təcrübəmizin bölüşülməsi üçün işlər aparılır.
Həmçinin bu il Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində keçirilən “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” beynəlxalq konfransı böyük maraqla qarşılanıb. “DOSTTALKS” layihəsi çərçivəsində "Heydər Əliyev Xatirələrdə”, eləcə də bir çox tədbir və layihələr də həyata keçirilib”, - deyə F.Məmmədov bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO