Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər” - VİDEO

Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər” - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər” - VİDEO

171364

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Anam 1918-ci il qaçaqaçında yolda doğulub” adlı buraxılış Zəngəzur mahalının, Qarakilsə (Sisiyan) rayonunun Urud kənd sakini Elşad Qurbanovun  həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı, gözəl təbiəti, iqlimi olan, dağlarla əhatə olunan kəndin qədim tarixə maılik olduğunu, uşaqlıq illərində yaşadığı gözəl anları, dağlarda, yaylaqlarda, meyvə bağlarında və bulaq başında keçirdiyi maraqlı günləri, uşaq vaxtı oynadıqları milli oyunları, Novruz bayramının təmtəraqlı keçirildiyini xatırladıb.

E.Qurbanov orta məktəb müəllimlərini unutmadığını, hər gün üç kilometr yarım yolu soyuq, qarlı havada qonşu kəndə oxumağa getdiyini deyib:

“İndi məni ora dartan qüvvə var. İnsanlar yaşlaşdıqca Vətənə doğru meyllənir. Adət-ənənəsi, gözəl təbiəti olan, tarixi abidəsi olan yerlərə insanı istər-istəməz cəlb edir, getmək istəyirsən. Ora qayıdanda ilk olaraq qəbiristanlığa gedib ağır seyid olan Mir İsmayıl Ağanın dağıdılmış məqbərəsini ziyarət edəcəyəm”.

Urud kənd sakini 1918-ci il qırğınlarından danışaraq kövrəlib:

“O vaxt ata babamı ermənilər öldürüblər. Anam 1918-ci il qaçaqaçı zamanı Laçın yolunda doğulub və anası uşağı qoyub gedib. Sonradan onu kimlərsə gəlib aparıb. 1918-ci ildəki deportasiya bizim ailəmizdən yan keçməyib. Ən ağır deportasiyalardan biri olub. Andranik o vaxt Türkiyədən qaçıb İrəvan istiqamətinə, Naxçıvana, o tərəfdən Zəngəzura gəlib və Azərbaycan əhalisinin xeyli qırğınına səbəb olub”. 

Onun sözlərinə görə, 1988-ci ildə doğma yurddan məcburən çıxarılıblar:

“Saqqallı erməni silahlı dəstələrinin Qərbi Azərbaycanda xeyli fəsadlar törədir, maşınları yandırır, insanları öldürür və kəndlərə hücumlar edirdilər. Biz məcburən 1988-ci ildə Füzulinin Govşatlı kəndinə getdik, valideynlərim 1992-ci ilin martına qədər orada məskunlaşdılar. Mart ayında Fizuli erməni işğalçıları tərəfindən işğal olundu və oradan Bakı şəhərinə gəldik”.

E.Qurbanov sonda doğma kəndə qayıdacağına əmin olduğunu bildirib:

“2022-ci ilin dekabrın 24-də  Prezident ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında dedi ki, biz Qərbi Azərbaycana, ata-baba torpaqlarımıza qayıtmalıyıq və qayıdacayıq. Ona görə inanıram ki, mütləq qayıdış olacaq. Çox inanıram ki, oranı görəcəm, gedib orada yaşayacam. Ona görə tam inanıram ki, həmin yerllərə qayıdacağıq. Mənim orada çox şirin anlarımı yenidən yaşamaq istərdim”.

Daha ətraflı süjetdə: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO