Afaq:

Afaq: "Öz uşağıma yiyə dura bilmədiyim üçün başqasının övladına sahib çıxa bilmərəm" - VİDEO

Hazırda oxunan: Afaq: "Öz uşağıma yiyə dura bilmədiyim üçün başqasının övladına sahib çıxa bilmərəm" - VİDEO

171204

Aparıcı Afaq Gəncəli etirafları ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, televiziya ulduzu qonaq olduğu "Qapqara" verilişində bildirib ki, heç zaman başqasının övladına sahib çıxa bilməz.

"Bundan sonra ikinci dəfə ana olsam belə, yalnız dünyaya gətirdiyim övlada ana olaram. Niyə kənardan uşaq götürmürəm? Çünki mən öz övladıma, Allahdan verilən əmanətə, uşağa yiyə dura bilmədim. Mən kiminsə övladını götürüb,... O, əmanətdir. 
Götürürəm ki, onu boya-başa çatdırım, gözəl gün verim... Niyə onu oradan götürürəm ki? Xoş gün görsün. Sabah həyatdır, bilmək olmaz nə baş verəcək. Ona nəsə olsa,... Əgər öz övladıma görə canıma qəsd edə bilmədimsə, etmədimsə, günü bu gün də qarşısınızda otururamsa, yüz də yüz edəcəyəm, çünki o əmanətdir, ona xəyanət elədim", - deyə Afaq vurğulayıb.

Qeyd edək ki, A.Gəncəlinin oğlu Qədirxan 8 il əvvəl xərçəngdən dünyasını dəyişib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO