Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib

Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib

Hazırda oxunan: Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib

171078

Məhkəmə "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovla bağlı qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə report-a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

Ə.Orucovun işi üzrə Səbail Rayon Məhkəməsinə ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. Bu gün keçirilən məhkəmə iclasında onun müraciəti qəbul olunmayıb.
Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO