2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri AÇIQLANDI 

2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri AÇIQLANDI 

Hazırda oxunan: 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri AÇIQLANDI 

171004

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb. 

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. 

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq. 


Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq. 
DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO