Dollar alışında KƏSKİN ARTIM – Əhali niyə manatdan QAÇIR?

Dollar alışında KƏSKİN ARTIM – Əhali niyə manatdan QAÇIR?

Hazırda oxunan: Dollar alışında KƏSKİN ARTIM – Əhali niyə manatdan QAÇIR?

170978

Dekabr ayı ərzində hərraclarda 446.1 milyon dollar satılıb ki, bu da bu ötən ay hərraclarda qeydə alınan 234,7 dollarlıq sifariş ilə müqayisədə təxminən 2 dəfə çoxdur. 

Dollara tələbin artması nə ilə bağlıdır? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov, dekabr ayında keçirilən hərraclarda dollara olan tələbatın artmasını təbii hal kimi xarakterizə etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Valyuta mübadiləsi fəaliyyəti ilə bağlı YENİ QƏRAR: Kapital tələb olunacaq 


Onun sözlərinə görə, belə hallar əsasən Yeni il, Novruz, Ramazan və Qurban bayramları ərəfəsində baş verir: 

“Həmin günlər qeyri-iş günləri olduğu üçün insanlar bundan istifadə edərək istirahətə gedirlər. Bir çoxu ölkə daxilində, bəziləri isə ölkədən kənarda istirahətə üstünlük verirlər. Elələri də var ki, Yaxın Şərq və ya Avropa ölkələrinə, yaxud da Türkiyəyə gedirlər. Buna görə də xarici valyutaya tələbat artıb”. 

Müsahibimiz, tələbin artmasının bir səbəbini də bayram günlərinə yaxın ölkəmizə idxalın artması ilə əlaqələndirib:

“Ancaq bu proses yanvar ayından sonra öz qaydasına düşəcək, Novruz bayramında isə yenidən artacaq. Amma bütövlükdə götürsək, daxili bazarda xarici valyutlara tələb çox aşağı səviyyədədir, yəni təklif tələbdən çoxdur. Buna görə də Mərkəzi Bank tərəfindən il ərzində bir neçə dəfə alış yönümlü, yəni dolların alınması üçün çoxsaylı addımlar atıldı. Bunun da nəticəsində, AMB-nın valyutası xeyli artdı”. 

“Hər il belə olur...”

Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov da bu prosesin ilin sonuna xas olduğunu bildirib:

“Hər il belə olur və ilin yekuna yaxın dollara tələb artır. Belə ki, ilk növbədə fikizi və hüquqi şəxslərin yekun ödəniş vaxtları çatır və ya xarici valyuta ilə ödənişləri artır. Bundan başqa, əhalinin çoxu bayram ərəfəsində istirahət etmək üçün xarici ölkələrə səfər edirlər. Bu da xarici valyuta alışını sürətləndirir”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO