Doğum haqqında məlumat TƏBİB-ə ötürülməlidir - Əks halda CƏRİMƏ VAR  

Doğum haqqında məlumat TƏBİB-ə ötürülməlidir - Əks halda CƏRİMƏ VAR  

Hazırda oxunan: Doğum haqqında məlumat TƏBİB-ə ötürülməlidir - Əks halda CƏRİMƏ VAR  

17095

Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO