XİN:

XİN: "Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!"

Hazırda oxunan: XİN: "Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!"

170879

"Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 50-si mülki şəxs, 15-i hərbçi olmaqla, 65-i həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabındakı paylaşımında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü


“Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO