Bizim.Media YAZDI – Goranboy məktəbinin istilik problemi həllini tapdı

Bizim.Media YAZDI – Goranboy məktəbinin istilik problemi həllini tapdı

Hazırda oxunan: Bizim.Media YAZDI – Goranboy məktəbinin istilik problemi həllini tapdı

170718

Azərbaycanda kənd məktəblərinin problemlərindən biri istiliklə bağlıdır. Bəzi təhsil ocaqlarının binasının istiliklə təmin olunmaması həmin kəndin özündə qaz xətlərinin olmamasından qaynaqlanır. Bəzi kənd məktəblərində isə qaz xətti var, amma nədənsə məktəblərə bu xətdən pay düşmür.

Belə təhsil ocaqlarından birinin Goranboy rayonunda yerləşən S.Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbi olduğu haqqında məlumat vermişdik. 
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyun illərdir qazsız qalan KƏND MƏKTƏBİ – “Azəriqaz”la Nazirlik NƏYİ GÖZLƏYİR? 


Övladları həmin məktəbdə təhsil alan valideynlər dəfələrlə Bizim.Media-ya bununla bağlı müraciət edərək sözügedən məktəbdə qaz xəttinin olmadığını bildirmişdilər.

Onlar qış aylarında şagirdlərin dərslərdə üst geyimləri ilə oturduğunu və sinif otaqlarının isidilməsində elektrik enerjisi ilə işləyən qızdırıcılardan istifadə olunduğunu və buna da qənaət edildiyini bildirmişdilər. 

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbin istilk problemi həll olunub:

“Sözügedən məktəb  dizellə qızdırılır, məktəbin istilik təminatında hər hansı problem yoxdur. Məktəbdə qazanxana və mərkəzləşdirilmiş istilik sistemi mövcuddur”.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO