Balakəndə oğul atasını qətlə yetirib çaya atdı - VİDEO

Balakəndə oğul atasını qətlə yetirib çaya atdı - VİDEO

Hazırda oxunan: Balakəndə oğul atasını qətlə yetirib çaya atdı - VİDEO

170599

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman İlyas oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, atasını qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə Cavid Bayramovun törətdiyi qətlin təfərrüatı məlum olub.

Belə ki, hadisə şahidi olan qonşu Adil Qarakişiyev bildirib ki, Cavidin ailəsi ilə problemi olmayıb. Onu tərbiyəli şəxs kimi tanıyıblar.

Mərhumun bacısı Zəminə Bayramovanın sözlərinə görə, qardaşı balta ilə atasını öldürdükdən sonra meyitini rayon ərazisindəki Mazımçaya atıb.

Qeyd edək ki, mərhum Qəhrəman Bayramov bir neçə gün öncə həbsxanadan çıxıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO