Qusarda güclü küləyin vurduğu ziyan açıqlandı

Qusarda güclü küləyin vurduğu ziyan açıqlandı

Hazırda oxunan: Qusarda güclü küləyin vurduğu ziyan açıqlandı

170521

Qusar rayon İH-də fəaliyyət göstərən FHK rayonda güclü küləyin vurduğu ziyanı açıqlayıb.

Komissiyanın sədri, RİH başçısının birinci müavini Şahid Fərəməzovun Bizim.Media-ya verdiyi məlumata görə, hazırda rayonun əksər yaşayış məntəqələrində - Sudur, Qılahoba, Şirvanlı, Yasab icra nümayəndəliyinin əhatə etdiyi kəndlərdə enerji yoxdur.

Külək səngiyən kimi enerjinin bərpasına başlanılacaq.

Bundan əlavə məlumat verilib ki, güclü külək Qusarın Kufoba kəndində Azər Əlimirzəyevə məxsus sahəsi 36 kvadratmetr olan, Zuxuloba kəndində Aydəmir Ramazanova məxsus sahəsi 48 kvadratmetr olan ot talvarını uçurub.

Təbii fəlakətin dalğası rayonun Avaran, Köhnə Xudat, Yuxarı Zeyxur, Cibir və İmamqulukənd kəndlərində və Samur qəsəbəsində ümumilikdə 17 dirəyi və 4 ağacı aşırıb.
Qusar rayon FHK-sı rayona küləyin vurduğu ziyanın dəqiqləşdirilməsinə başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO