Qərbi Azərbaycan İcmasından Fransadakı Natəvanın abidəsi ilə bağlı UNESCO-ya ÇAĞIRIŞ 

Qərbi Azərbaycan İcmasından Fransadakı Natəvanın abidəsi ilə bağlı UNESCO-ya ÇAĞIRIŞ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Fransadakı Natəvanın abidəsi ilə bağlı UNESCO-ya ÇAĞIRIŞ 

170350

"Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir". 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

"Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır. 

İşğal dönəmində Natəvanın məzarı dağıdılmışdı. Bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir. 
Lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır", - bəyanatda vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO