Rusiya ilə normallaşma üçün Paşinyanın YEGANƏ ŞANSI – Elmar Məmmədyarovun ŞƏRHİ 

Rusiya ilə normallaşma üçün Paşinyanın YEGANƏ ŞANSI – Elmar Məmmədyarovun ŞƏRHİ 

Hazırda oxunan: Rusiya ilə normallaşma üçün Paşinyanın YEGANƏ ŞANSI – Elmar Məmmədyarovun ŞƏRHİ 

170288

Xəbər verdiyimiz kimi dekabrın 25-26-da Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası, həmçinin MDB iştirakçılarının dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşü nəzərdə tutulub. Moskva üçün bu dəfəki görüşdə maraqlı məqamlardan biri Ermənistanın baş nazirinin bu tədbirlərdə iştirak edib, etməməsi məsələsidir. 

Doğrudur, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, hesab edirik ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammiti üçün Sankt-Peterburqa gələcək:

“Düşünürük ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək və burada Ali Avrasiya İqtisadi Şurasının iclasında, həmçinin MDB iştirakçılarının dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək. Orada, əslində, bütün maraq doğuran sualları qaldırmaq mümkündür”.

Lakin rəsmi İrəvan Paşinyanın Sankt-Peterburqa səfər edib-etməyəcəyi barədə hələlik heç bir məlumat yaymayıb. 

Ona görə də qapalı qalan məsələ xeyli maraq doğurur.

Məsələ ilə bağlı sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Paşinyanın Sankt-Peterburqa səfər etməməsi üçün heç bir əsas yoxdur:

“Əslində Rusiya ilə münasibətləri normallaşdırmaq üçün Paşinyanın 2023-cü ildəki bu son şansıdır. Üstəlik, bu sammitdə hansısa üç tərəfli görüşün keçirilməsi barədə söhbət yoxdur. Bilirsiniz ki, Paşinyan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla danışıqların olmasını istəmir. Əslində, Kremldən də hələki belə bir təklif səslənməyib. Ona görə də Paşinyanın getməməsi üçün əsaslı səbəb yoxdur. Yəqin ki, Paşinyan Rusiya liderinin dəvətini qəbul edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO