Sərxoş sürücü sürücülük vəsiqəsi əvəzinə polisə kolbasa göstərdi - FOTO

Sərxoş sürücü sürücülük vəsiqəsi əvəzinə polisə kolbasa göstərdi - FOTO

Hazırda oxunan: Sərxoş sürücü sürücülük vəsiqəsi əvəzinə polisə kolbasa göstərdi - FOTO

17016

Ukraynanın Lvov şəhərində polis əməkdaşları sərxoş sürücünün idarə etdiyi "Jiquli" markalı avtomobili saxlayıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

Yerli icma təşkilatı Pitbull Lviv tərəfindən “Facebook”da yazılıb ki, 52 yaşlı sürücü vəsiqəsini göstərmək əvəzinə patrul xidmətinə kolbasa verib.

Onun sözlərinə görə, kolbasanı yerli supermarketdən alıb. Polis kişidən sərxoş olduğunu yoxlamaq üçün aparata üfürməyi xahiş edib.

O, bundan imtina edib. Koronavirusa yoluxma qorxusu ilə xəstəxanaya getməkdən də çəkinib.

Saxlanıldıqdan sonra o, kolbasa parçalarını pul qabına qoyub. Nəticədə sürücüyə sərxoş vəziyyətdə avtomobil idarə etmək maddəsi ilə inzibati protokol yazılıb.

İndi onu böyük cərimə ilə yanaşı, sürücülük hüquqlarından məhrumetmə cəzası da gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO