Hakan Fidan: “Qarabağın yenidən qurulmasına öz töhfəmizi veririk

Hakan Fidan: “Qarabağın yenidən qurulmasına öz töhfəmizi veririk" - VİDEO

Hazırda oxunan: Hakan Fidan: “Qarabağın yenidən qurulmasına öz töhfəmizi veririk" - VİDEO

170146

"Biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında yaranan sülh imkanını alqışlayırıq. Müttəfiqlik səviyyəsinə qaldırdığımız qardaş Azərbaycanla münasibətlərimizi hər sahədə yaxşılaşdırırıq. Biz Qarabağın yenidən qurulmasına öz töhfəmizi veririk".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

"Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir", - deyə H. Fidan qeyd edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO