“Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir

“Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir

Hazırda oxunan: “Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir

170105

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 800 avtomobil gözləyir.

Bu barədə Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda 58, “Samur” gömrük postunda 35, “Xanoba” gömrük postunda 5 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.

"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO