​​​​​​​Son 20 ildə Azərbaydanda 435 məscid tikilib

​​​​​​​Son 20 ildə Azərbaydanda 435 məscid tikilib

Hazırda oxunan: ​​​​​​​Son 20 ildə Azərbaydanda 435 məscid tikilib

170062

Son 20 ildə Azərbaydanda 435 məscid tikilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycan müstəlliyini bərpa edən zaman cəmi 17 məscid fəaliyyət göstərirdi:

"Dövlətimizin din sahəsində siyasəti tolerantlığa əsaslanıb. Bu gün isə ölkədə 2 253 məscid var. Yüzlərlə məscid Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq vətəndaşların istifadəsinə verilib". 

M.Qurbanlı bildirib ki, azad edilən ərazilərdə də bərpa işləri davam edir:

"Bir neçə müddət əvvəl Şuşada Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib. Digər işğaldan azad edilən ərazilərdə də təmir-bərpa işləri tamamlandıqdan sonra təyinatlar baş tutacaq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO