Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ – Manatı nə GÖZLƏYİR?

Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ – Manatı nə GÖZLƏYİR?

Hazırda oxunan: Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ – Manatı nə GÖZLƏYİR?

169919

“Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin azaldılması ilə bağlı son addımı gözlənilən idi. Çünki İdarə Heyəti əvvəlki açıqlamalarında bununla bağlı ilk mesajlarını vermişdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı YENİ QƏRAR 


Ekspert qeyd edib ki, ölkəmizdə uçot dərəcəsi inflyasiyaya təsir etmir:

“Bu da iqtisadiyyatımızın institusional quruluşu ilə bağlıdır və bu səbəbdən də əsas təsir vasitələri faiz dərəcələrinin üzərinə düşürdü. Əgər AMB-nın kursu uçot dərəcələrinin aşağı salınmasıdırsa, o zaman bu, kredit faizlərinə təsir edə bilər”. 

Manatı nə gözləyir?

AMB-nın qərarının manatın məzənnəsinə təsirlərinə gəlincə, ekspert bunun inzibati qaydada tənzimləndiyinin bildirdi:

“Ona görə ki, təkcə Mərkəzi Bankdan asılı deyil və hökumətin ümumi siyasətinin tərkib hissəsidir. Bu baxımdan da düşünürəm ki, məzənnə ilə bağlı qərar birbaşa siyasi olduğundan uçot dərəcəsinə buna hansısa təsir edəcəyinə inanmıram”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yeni qərarı ilə növbəti dəfə aşağı salınıb.

Belə ki, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə endirilib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO