Zəlzələlər Türkiyəyə 110 milyard dollar ZƏRƏR VURUB 

Zəlzələlər Türkiyəyə 110 milyard dollar ZƏRƏR VURUB 

Hazırda oxunan: Zəlzələlər Türkiyəyə 110 milyard dollar ZƏRƏR VURUB 

169866

Türkiyəyə 2023-cü ilin fevralında baş verən zəlzələlər nəticəsində dəyən ümumi zərər 110 milyard ABŞ dolları təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib. 

"Fevralın 6-da baş verən zəlzələlərdən ümumi zərərimiz 110 milyard dollar qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır”, - o vurğulayıb. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. 

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO