Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.
E.Məmmədov qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bizim.Media
![Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB](https://bizim.media/file/articles/2023/12/19/1703005155_4.jpg)
- A-
- A
- A+
Siyasət
20:56 / 19.12.2023
Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB
Hazırda oxunan: Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB
Hazırda oxunan: Elnur Məmmədov ATƏT rəsmilərini növbədənkənar seçkilər barədə MƏLUMATLANDIRIB
169806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.