Sərnişin və yük qatarlarının sürət həddi endirildi

Sərnişin və yük qatarlarının sürət həddi endirildi

Hazırda oxunan: Sərnişin və yük qatarlarının sürət həddi endirildi

169460

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxt Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

Bizim.Media xəbər verir ki, ADY-nin bununla bağlı vətəndaşlara müraciətində deyilir:

“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərmələrini və ehtiyatlı olmalarını tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar”.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO