Bloger Asya Aslanovanın qəfil səhhəti pisləşib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı bloger Ramal İsayev sosial media hesabında yayıb.
Ramal bildirib ki, ağıl dişini sedativ yolla çəkdirən Asyanın bədəninə infeksiya düşüb və vəziyyəti ağırlaşıb:
"Dünən diş çəkimi zamanı Asyanın bədəninə infeksiya keçib. Diş çəkimini narkozla ediblər, sonra da halı pisləşib".
Ramal həmçinin Asyanın həkimi tərəfindən paylaşımlarına görə şantaj edildiyini vurğulayıb:
"Asyanın həkimi Nəzifə Hüseynli mənə zəng edib ki, “saytlar səndən məlumat götürüb, niyə paylaşmısan? Sən onu silməli və hər yerdən sildirməlisən”. Başlayıb şantajla danışmağa. Burada artıq hər şey bəlidir. Asya indi xəstəxanada reanimasiyadadır, vəziyyəti yaxşı deyil. Kimin ucbatındandır? Əsəbiləşib xəstəxanadan çıxdım. Gəlib sakitləşdirirlər ki, “həkimlik, anestezioloqluq deyil”. Nə oldu, özündən infeksiya keçdi? Sonra da həkim zəng edib ki, “paylaşımları silin”. Özünə güvənirsənsə, de ki, “mənlik deyil”".
Rəşad Əliyev, Bizim.Media