DİN Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın cənub bürosuna verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi "Vaz 21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda piyadanı maşın vuraraq öldürüb
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu