Xəbər verdiyimiz kimi, müğənni Aysel Əlizadə və aparıcı Xoşqədəm Hidayətqızı arasında 4 il sürən məhkəmə çəkişməsi bu günlərdə bitib. Prosesdə müğənni aparıcıya qalib gəldiyi haqda sosial şəbəkə hesabında post paylaşıb.
Bizim.Media xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında Turanə Nəcəfovanın (2019-cu ildə Turanə Nəcəfova adlı qadın “Səni axtarıram” ictimai-sosial verilişinin efirinə çıxaraq Aysəl Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib) fotosunu paylaşaraq qarşı tərəfə, yəni Ayselə sərt mesajlar ünvanlayıb:
“Bu qadına diqqətlə baxın! Adı Turanədir, ailəsini dağıtdılar. İki bacı bu gün ayrı-ayrı evlərdə yaşayırlar. Bu qadının səsi oldum, evini, alimentini aldım, iki bacının eyni məktəbdə oxumasına nail oldum! Onu qorumaqda davam edirəm. Yəni əxlaqlı, məşuq hesabına ev, avtomobil sahibi olmayan qadınlar üçün ölümə belə gedərəm.
Gələcək nəsillər, əxlaqlı oğul, qız sahibi olmaq üçün biz belə əxlaqlı Azərbaycan qadınlarını qorumalıyıq. Mən qoruyuram və bundan sonra da qoruyacam. Əxlaqsız, evli kişilərin yuvasını dağıdanlar nəzarətim altındadır. Bu yaxınlarda yeni foto və videolarla, üzr istəyirəm həm də səs yazıları ilə bu dəfə başqa-başqa evi yıxılan, yuvası dağıdılan bir yetimi tanıyacaqsınız. Sizi sevirəm”.
Qeyd edək ki, 4 il əvvəl sözügedən proqramda müzakirə əsnasında Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.
Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 3 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3000 manat təzminat ödəməlidir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:15 / 16.12.2023
Ayselə məhkəmədə uduzan Xoşqədəm: “Evli kişilərin yuvasını dağıdanlar nəzarətim altındadır” - FOTO
Hazırda oxunan: Ayselə məhkəmədə uduzan Xoşqədəm: “Evli kişilərin yuvasını dağıdanlar nəzarətim altındadır” - FOTO
Hazırda oxunan: Ayselə məhkəmədə uduzan Xoşqədəm: “Evli kişilərin yuvasını dağıdanlar nəzarətim altındadır” - FOTO
169312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.