Zaxarova: “Ermənistan-Azərbaycan arasında razılaşmaların ləngiməsi İrəvanın davranışlarının nəticəsidir”

Zaxarova: “Ermənistan-Azərbaycan arasında razılaşmaların ləngiməsi İrəvanın davranışlarının nəticəsidir”

Hazırda oxunan: Zaxarova: “Ermənistan-Azərbaycan arasında razılaşmaların ləngiməsi İrəvanın davranışlarının nəticəsidir”

169073

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin olmamasını nəzərə alaraq, biz bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.V.Zaxarovanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı şərhində qeyd edilib.

O, həmçinin qeyd edib ki, razılaşmaların icrasında ləngimə Moskvanın siyasətinin deyil, “İrəvanın hərəkətlərinin uyğunsuzluğunun” birbaşa nəticəsidir. 

Zaxarova xatırladıb ki, Ermənistan nümayəndələri Azərbaycanla münaqişə ilə bağlı mövqelərini dəfələrlə dəyişərək, Aİ nümayəndələrini ekspert kimi bu məsələyə cəlb ediblər: “Ermənistan tərəfi 2022-ci ilin oktyabrında Praqada Aİ-nin himayəsi ilə keçirilən sammitdə Qarabağla bağlı mövqeyini 180 dərəcə dəyişərək, onun Azərbaycana mənsub olduğunu tanıyıb, lakin Avropa İttifaqından olan müşavirlərin təkidi ilə bu qərar unudulub. 

Erməni tərəfinin üçtərəfli razılaşmaları pozaraq, Qarabağa silah tədarükü üçün Laçın dəhlizindən istifadə etməsi və İrəvanın bu ilin sentyabrında əsasən toqquşmalara səbəb olan erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi də bölgədə sülhün təmin olunmasına öz mənfi təsirini göstərib”.

Xarici İşlər Nazirliyinin nümayəndəsi İrəvanın KTMT-nin işində iştirakdan imtinasını sülh sazişinə gedən yolda mənfi amillərdən biri adlandırıb.

Zaxarova əlavə edib ki, Moskva tərəfi yaxın vaxtlarda Rusiyada Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundu ilə bağlı təklifini aktual hesab edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO