Rusiya XİN: “Üçtərəfli saziş Bakı və İrəvan arasında barışıq üçün yeganə “yol xəritəsi”dir”

Hazırda oxunan: Rusiya XİN: “Üçtərəfli saziş Bakı və İrəvan arasında barışıq üçün yeganə “yol xəritəsi”dir”

169072

“Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli saziş qüvvədə qalır, tərəflərdən heç biri imzasını geri götürməyib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.V.Zaxarovanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı şərhində qeyd edilib.

Zaxarova qeyd edib ki, münaqişənin həlli üçün 2020-ci ilin noyabrında hazırlanmış tədbirlər Bakı ilə İrəvan arasında barışıq üçün yeganə “yol xəritəsi”dir. 

Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu sazişlər iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını, sərhədin demilisiyasını, sülh müqaviləsinin bağlanmasını və ictimaiyyət nümayəndələri ilə ekspert dairələri arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO