Vətən Müharibəsi ilə bağlı pul nişanları tədavülə buraxılacaq

Vətən Müharibəsi ilə bağlı pul nişanları tədavülə buraxılacaq

Hazırda oxunan: Vətən Müharibəsi ilə bağlı pul nişanları tədavülə buraxılacaq

16900

Azərbaycan Mərkəzi Bankı (AMB) Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını planlaşdırır.

Bu barədə Bizim.Media-ya AMB-dən bildirilib.

"Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılması planlaşdırılır", - deyə məlumatda yazılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO