İcbari Tibbi Sığorta ilə icra olunan əməliyyatlarda keyfiyyətsiz tibbi avadanlıq və vasitələrdən istifadə olunduğu iddia olunur. Həkimlər xəstələrə İTS tərəfindən onlara verilən tibbi avadanllıqların keyfiyyətsiz olduğunu əsas gətirərərk, bəzi tibbi avadanlqların pulunu, ya da materialın özünü xəstələrin özlərinə aldırırlar.
Bununla bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərdən birində qeyd olunub ki, Neftçilər xəstəxanasında göz əməliyyatına götürülən xəstələrə Amerika istehsalı olan linza aldırılır. Xəstələrə deyilir ki, dövlətin verdiyi Hindistan istehsallı linzaların o qədər də keyfiyyəti yoxdur. Amerika istehsallı linzanın qiyməti isə 500 manatdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirdikləri mətbuat konfransında Bizim.Media-nn sualını cavablandırıb. O, deyib ki, ölkəmizin bütün xəstəxanalarına ən müasir tibbi avadanlıqlar alınır:
“Özünüz də gedib baxa bilərsiz. Əlbəttə ki, bütün tibb müəssisələrimizdə istədiyimiz kimi tibbi avadanlıqlar yoxdur. Bunu da birdən-birə həyata keçirə bilmərik. Çünki buna böyük bir vəsait lazımdır. Hər il xəstəxanalarımızı proritet avadanlıqlarla təmin edirik. Səhiyyə o qədər inkişaf edib ki, 2 il öncə aldığımız avadanlığı üçüncü il deyirlər ki, müasir deyil. Bunun yeni nəsil avadanlığı çıxıb və yenisini almaq lazımdır. Dinamik bir şey olduğu üçün vəsaitləri də çatdırmaq asan deyil”
Keyfiyyətsiz linzalar məsələsinə gəlincə, Zaur Əliyev qeyd edib ki, icbari vətəndaşlara göz əməliyyatlarında tibbi sığorta hesabına Hindistan linzaları təqdim olunur:
“Bunun da keyfiyyətində hər hansı problem olmayıb. Sadəcə bizim həkimlər hər zaman məhz bu istiqamətdə vətəndaşlara deyirlər ki, daha keyfiyyətli Amerika istehsalı olan linzalardır. Ona görə də xəstəyə bildirirlər ki, əlavə ödəniş edərək, Amerika istehsalı olan linzaları ala bilərsiz. Biz bu müraciətləri nəzərə alaraq, artıq bu ildən həmin Amerika linzalarını alıb vətəndaşlara təqdim etməyə başlamışıq ki, narazı qalmasınlar. Amma bu, sırf həkimlərin müəyyən təbliğat işi əsasında vətəndaşlardan belə narazılıqlar çıxmışdı. O problem aradan qaldırılıb”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:30 / 14.12.2023
Həkimlər keyfiyyətli avadanlıqdan istifadə üçün xəstədən əlavə PUL ALIRLAR? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Həkimlər keyfiyyətli avadanlıqdan istifadə üçün xəstədən əlavə PUL ALIRLAR? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Həkimlər keyfiyyətli avadanlıqdan istifadə üçün xəstədən əlavə PUL ALIRLAR? – RƏSMİ AÇIQLAMA
168981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.