Ayşad Məmmədov:

Ayşad Məmmədov: "Ramiz Məlik xəstəliyindən heç nə danışmırdı" - ÖZƏL

Hazırda oxunan: Ayşad Məmmədov: "Ramiz Məlik xəstəliyindən heç nə danışmırdı" - ÖZƏL

168971

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xalq artisti Ramiz Məlik uzun sürən onkoloji xəstəlikdən evində dünyasını dəyişib. Sənətkarla vidalaşmaq üçün onunla çiyin-çiyinə Akademik Milli Dram Teatrında çalışan aktyor həmkarları Heydər Əliyev məscidinə axın ediblər.

Əməkdar artist Ayşad Məmmədov Bizim.Media-nın əməkdaşı ilə söhbətində mərhumla bağlı xatirələrini bu sözlərlə ifadə edib:

"Akademik Milli Dram Teatrının mövsüm açılışında Ramiz Məliklə görüşmüşdüm. Onun əhval-ruhiyyəsi əla idi. Ramiz bəylə "Yaşar" tamaşasında tərəf-mübavili olmuşam. Rejissor Mehriban Ələkbərzadə Hüseyn Cavidin yubileyi ilə əlaqədar olaraq tamaşa hazırlamışdı.
Tamaşada Ramiz bəy Hüseyni, mən isə Arifi oynayırdım. O vaxtı ilə "İblis" tamaşasında Arif obrazını canlandırmışdı. Mənə həmişə Arif deyib, sataşırdı. Ramiz bəydən xoş xatirələr qaldı bizə. Xəstəliyi ilə bağlı ümumiyyətlə heç bir şey danışmırdı. O, çox optimist insan idi. Allah rəhmət eləsin. İncəsənət aləmi daha bir görkəmli şəxsiyyəti itirdi".

Qeyd edək ki, R.Məlik bu gün 2-ci Fəxri Xiyabanda dəfn olacaq.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO