Şimal bölgəsində bu gecə dağlıq ərazilərə qar yağıb, şaxta düşüb.
Bizim.Media xəbər verir ki, Qubanın Qrız kəndində -2,8 dərəcə şaxta və 1 sm qar yağması müşahidə edilib.
Qusarın Ləzə kəndinə isə 2 sm qar yağıb. Kənddə havanın temperaturu isə -1 dərəcədən çox olub. Mütəxəssislər keçən ilin bu dövrü ilə müqayisədə indi həm şaxtanın, həm də qarın xeyli az düşdüyünü deyirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu