Şolts:

Şolts: "Almaniya gələn il Ukraynaya 8 milyard avro yardım ayıracaq"

Hazırda oxunan: Şolts: "Almaniya gələn il Ukraynaya 8 milyard avro yardım ayıracaq"

168890

Almaniya 2024-cü ildə Ukraynaya 8 milyard avro ayırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts iqtisadiyyat naziri Robert Habek və maliyyə naziri Kristian Lindnerlə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd edilib ki, yardıma əsasən silah tədarükü və maliyyə yardımı daxil edilib.

“Əgər cəbhədəki vəziyyət pisləşərsə, digər tərəfdarlar Ukraynaya yardımı azaldarsa və ya Almaniya ilə Avropaya qarşı təhlükə artmaqda davam edərsə, biz buna cavab verməli olacağıq”, - deyə Şolts qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO