Daşkəsən, Gədəbəy və Şahdağa qar yağıb - FAKTİKİ HAVA 

Daşkəsən, Gədəbəy və Şahdağa qar yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Daşkəsən, Gədəbəy və Şahdağa qar yağıb - FAKTİKİ HAVA 

168852

Faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, dekabrın 13-ü saat 16:00-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Salyan, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Daşkəsən, Gədəbəy, Şahdağda isə qar yağıb. 

Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək isti, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO