AÇG-dən indiyədək 583 milyon tondan çox neft hasil OLUNUB 

AÇG-dən indiyədək 583 milyon tondan çox neft hasil OLUNUB 

Hazırda oxunan: AÇG-dən indiyədək 583 milyon tondan çox neft hasil OLUNUB 

168836

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək burada 627,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə AÇG-dən 583,3 mln. ton neft, “Şahdəniz”dən isə 44,1 mln. tona yaxın kondensat çıxarılıb. 

“Bundan 01 dekabr 2023-cü il tarixinədək 625,4 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunur. 

Məlumata görə, 2023-cü ilin yanvar-noyabr ayları üzrə ölkədə 27,6 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 16,4 mln. tonu AÇG-nin, 3,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,24 mln.tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 mln. ton təşkil edib. 
“Hesabat dövründə 23,1 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,2 mln. tonu konsorsiumun, 2,9 milyon tonu isə SOCAR-ın payına düşür”, - məlumatda bildirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO