Moskvada “Komsomolskaya Pravda”nın baş redaktorunun müavini Anna Tsarevanın meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Məlumata görə, dekabrın 10-da jurnalist valideynləri ilə telefon danışığında səhhətinin pis olmasından və qızdırmasından şikayətlənib. Ertəsi gün 35 yaşlı Tsareva ilə əlaqə kəsilib.
Axşam saatlarında jurnalistin valideynləri qızlarının kirayə qaldığı mənzilin sahibinə müraciət ediblər. Axşam saat səkkiz radələrində qadının atası və ev sahibi qapını açıb Annanın cəsədini çarpayıda tapıblar.
Hazırda polis tərəfindən araşdırma aparılır. Bildirilib ki, jurnalistin meyitində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:40 / 13.12.2023
Rusiyada baş redaktorun müavini mənzildə ölü TAPILDI
Hazırda oxunan: Rusiyada baş redaktorun müavini mənzildə ölü TAPILDI
Hazırda oxunan: Rusiyada baş redaktorun müavini mənzildə ölü TAPILDI
168804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.