Ermənistanda təhlükəsizlik qüvvələri dekabrın 8-də həbs edilən 19 yaşlı Rusiya vətəndaşı, bloger Yuliya Maksimovskayanı vəhşicəsinə döyüblər və saçını qırxıblar. Nəticədə onun iki onurğası sınıb. Ermənistan İstintaq Komitəsi isə hadisəni qaçmaq cəhdi kimi qələmə verməyə çalışıb.
Bizim.Media xəbər verir ki, polislər tez bir zamanda belə bir hekayə uydurublar ki, qız guya dekabrın 12-də saat 21:30 radələrində islah müəssisəsinin binasında tualetin pəncərəsindən qaçmağa çalışsa da, gəzinti sahəsinin üstündəki torun üzərinə düşüb və iki onurğası sınıb.
O, hazırda "Erebuni" xəstəxanasında müalicə alır.
Xatırladaq ki, Maksimovskaya dekabrın 8-də Ermənistan paytaxtının mərkəzində baş verən insidentin iştirakçısı olub.