“Gələn il də qiymətlər artacaq, amma…” – PROQNOZ 

“Gələn il də qiymətlər artacaq, amma…” – PROQNOZ 

Hazırda oxunan: “Gələn il də qiymətlər artacaq, amma…” – PROQNOZ 

168766

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib.

Belə ki, 10 aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 1,5% bəndi azalıb.

2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvarnoyabr aylarına nisbətən 109,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4%, qeyri-ərzaq məhsulları üzrə 108,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6% təşkil edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda illik inflyasiya AÇIQLANDI 


Noyabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin noyabr ayına nisbətən 102,6% təşkil edib.

Gələn il inflyasiya ilə bağlı vəziyyət necə olacaq?

Bununla bağlı fiikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, ötən ay qiymətlərin aşağı düşməsi yaxşı hal kimi qeydə alınıb:

“İlkin proqnozlara görə, ilin axırına qədərki inflyasiya 9.5-9.7 faiz arasında olacaq. Bu da onunla bağlıdır ki, Yeni il tədbirləri ilə əlaqədar qiymətlərdə artım olur. Mərkəzi Bank və hökumət gələn il üçün inflyasiyanın 5.3 faiz həcmində olacağını proqnozlaşdırır. 
Bir sözlə, inflyasiyanın 5-6 faiz arasında olacağı gözlənilir. Bu da o deməkdir ki, gələn il də qiymətlər artacaq, amma builki kimi sürətli olmayacaq. Məlum olduğu kimi, cari il ərzində inflyasiya 10 faizdən də yuxarı oldu”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO