Qərbin Ermənistanı “ukraynalaşdırmaq” PLANI – “Rusiyanı bölgədən çıxarmağa çalışırlar ki...” 

Qərbin Ermənistanı “ukraynalaşdırmaq” PLANI – “Rusiyanı bölgədən çıxarmağa çalışırlar ki...” 

Hazırda oxunan: Qərbin Ermənistanı “ukraynalaşdırmaq” PLANI – “Rusiyanı bölgədən çıxarmağa çalışırlar ki...” 

168682

Aİ xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel qurumun xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında Ermənistandakı Aİ missiyasının sayını 138-dən 209-a çatdırmaq qərarına gəldiklərini bildirib. 

“Bu gün Aİ Şurası olaraq yerdəki mövcudluğumuzu 138-dən 209-a çatdırmaqla Ermənistandakı mülki missiyamızı gücləndirmək qərarına gəldik. Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini artırmaq üçün bir yoldur", - deyə Borrel qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı müharibə meydanına çevirmək PLANI AKTİVLƏŞDİRİLİR


Qeyd edək ki, Aİ Xarici İşlər Nazirləri Şurası 2022-ci ilin oktyabrın 17-də Ermənistana mülki missiyanın göndərilməsi barədə qərara gəlib. Nəticədə adı mülki, əslində isə hərbi kontingentə bənzəyən bu missiya 2023-cü ilin fevralın 20-dən fəaliyyətə başlayıb. 

Azərbaycan ilk andan bu missiyanın heç də xoşməramlı olmadığını bəyan edib. 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistandakı missiya üzvlərinin sayını artırmaqda kollektiv Qərbin məqsədi bölgədəki missiyalarını genişləndirməyə nail olmaqdır:

“Qərb çalışır ki, Rusiyanın sülhməramlı kontingentini bölgədən çıxarıb, əvəzində burada özləri yerləşsinlər. Ona görə də Azərbaycanın guya Ermənistanla müharibəyə hazırlaşdığı barədə feyk xəbərlər yayırlar. Azərbaycan müharibəyə hazırlaşsaydı, Ermənistana sülh təklif etməz, onu 3+3 formatına dəvət etməzdi. 

Qərb Azərbaycanla bağlı sərt tədbirlər görmək istəyir ki, ölkəmizə təzyiq etsinlər. Bu da ondan irəli gəlir ki, Qərb Azərbaycanın mütləq qələbəsini həzm və qəbul edə bilmir.

Qərbin istənilən regiona gəlişi həmişə özü ilə müharibə gətirir. Qərb Bakı ilə İrəvan arasında birbaşa təmasın olmaması və bölgədə gərginliyin qalmasına çalışır. İrəvanın ağlı olsaydı, onların bütün təkliflərindən imtina edərdi”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO