Zlatan İbrahimoviç “Milan”da yeni vəzifəyə təyin olundu

Zlatan İbrahimoviç “Milan”da yeni vəzifəyə təyin olundu

Hazırda oxunan: Zlatan İbrahimoviç “Milan”da yeni vəzifəyə təyin olundu

168637

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç “Milan” futbol klubunun səhmlərinin nəzarət zərfinə sahib olan “Redbird” investisiya şirkətində böyük məsləhətçi vəzifəsinə təyin edilib.

Bizim.Media xəbər verir ki, “RedBird”in mətbuat üçün açıqlamasında futbolçunun bu sözlərindən sitat gətirilir:

“Mən futboldan kənar gələcək karyeram barədə çox düşünmüşəm. “Redbird”in və “Milan”ın heyətində bu səyahətə başlamaq fürsətini səbirsizliklə gözləyirəm. Bu, mən və ailəm üçün həqiqətən evimə, oyun karyeramı başa vurduğum sevimli klubuma dönməyə bənzəyir. İndi mənim üçün növbəti səhifə açılır”.
Zlatan İbrahimoviç iyun ayında uzun və uğurlu karyerasına son qoyaraq, “San Siro” stadionunda “Milan” azarkeşləri ilə vidalaşıb. Futbolçu həm idman, həm də kommersiya məsələlərində fəal rol oynayacaq.

Press-relizdə “Milan”ın sahibi Cerri Kardinalenin də sözləri yer alıb. O deyib:

“Zlatan səviyyəli olan qalibi nəinki fiziki istedad, həm də intellekt və sahibkarlıq ruhu fərqləndirir”.

Z.İbrahimoviç özünün uzunmüddətli karyerası ərzində, həmçinin İtaliyanın “Milan” komandasının heyətində iki dəfə, “İnter”in heyətində üç dəfə İtaliya çempionatının qalibi olub.

O, İsveç yığmasının tarixi ərzində ən yaxşı hücumçu olub, 122 beynəlxalq oyunda 62 topun müəllifidir. Əfsanəvi futbolçu 12 dəfə İsveçin “Qızıl top” mükafatına layiq görülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO