“Uşaq bağçalarına cəlbolunma hazırda 37 faizdir” – Emin Əmrullayev 

“Uşaq bağçalarına cəlbolunma hazırda 37 faizdir” – Emin Əmrullayev 

Hazırda oxunan: “Uşaq bağçalarına cəlbolunma hazırda 37 faizdir” – Emin Əmrullayev 

168440

"Məktəbəqədər təhsildə birinci məsələ ondan ibarətdir ki, bu yaşda olan müdaxilələr, dəyişikliklər özünü 15-20 il sonra göstərir. Daha sonra orta və ahıl yaşlarda məktəbəqədər təhsilin təsiri özünü büruzə verir".

Bizim.Media xəbər verir ki, bunu "Məktəbəqədər təhsildə  keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məktəbəqədər yaş dövrünün müdaxiləsi ailələr, bağçalar və dövlət üçün o qədər də baha deyil: 

"Hansısa mürəkkəb dəyişiklikərdən söhbət getmir. Evdəki kitabların sayı, valideynlərin uşaqlara münasibəti, axşam şam yeməyini birgə yemək, uşağın dərsləri ilə maraqlanmaq və s. kimi addımlar beynəlxalq təcrübələrdə də istifadə olunur və effektivdir. 
Keyfiyyətin olması üçün uşaq ilk növbədə məktəbdə olmalı və ya alternativ məktəbəqədər təhsilə cəlb olunmalıdır. 37 faiz məktəbəqədər təhsilə cəlb olunma var. 2013-cü ildə bu rəqəm 16 faiz idi. Biz bu nəticələri daha 10 il sonra görəcəyik".

O əlavə edib ki, hazırda 36-37 faizin 48 faizə qədər alternativ təhsil modellərinə cəlb olunub.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO