Bu il 50 bağçada keyfiyyət təminatının monitorinqi APARILIB - Agentlik sədri

Bu il 50 bağçada keyfiyyət təminatının monitorinqi APARILIB - Agentlik sədri

Hazırda oxunan: Bu il 50 bağçada keyfiyyət təminatının monitorinqi APARILIB - Agentlik sədri

168438

"Son ildə, xüsusilə, icma əsaslı məktəbəqədər təhsilə cəlb olunmada say kifayət qədər artırılıb. Ancaq bununla yanaşı müəyyən çətinliklər də var. Bu da sağlamlığı ilə bağlı problem yaşayan uşaqlarla bağlıdır. Həm Elm və Təhsil Nazirliyinin, həm də Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin qarşısında bu istiqamətdə mühüm öhdəliklər var".

Bizim.Media xəbər verir ki, bunu "Məktəbəqədər təhsildə  keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq konfransda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, inkişafın əsas qayəsi xoşbəxt övladların yetişdirilməsidir:

"Bu il 50 bağçada keyfiyyət təminatının monitorinqi aparılıb. Monitorinqlərdən sonra müvafiq hesabatlar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Bu hesabatlar keyfiyyətin artırılması üçün nazirlik və digər qurumlar üçün yol xəritəsi rolunu oynayır. Monitorinqlər çərçivəsində bağçalarda idarəetmənin təkmilləşdirilməsi üzrə də qiymətləndirmə sənədləri hazırlanıb".

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO