Ceyranbatan qəsəbəsində mənzildə güclü partlayış oldu - VİDEO

Ceyranbatan qəsəbəsində mənzildə güclü partlayış oldu - VİDEO

Hazırda oxunan: Ceyranbatan qəsəbəsində mənzildə güclü partlayış oldu - VİDEO

168416

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində mənzildə güclü partlayış olub.

Bizim.Media xəbər verir ki, Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Mənzilin sahibi 70 yaşlı Lyudmila İbadova xəsarət alıb.  

Yaralının vəziyyəti ağır olduğundan Bakıda 5 saylı Yanıq Mərkəzinə aparılıb.

Mərkəzdən “Xəzər Xəbər”ə bildirilib ki, Lyudmila İbadova üzün və hər iki əlin termik yanığı ilə mərkəzə yerləşdirilib, vəziyyəti stabildir.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO