Argentinanın yeni prezidenti vəzifəsinin icrasına başladı

Argentinanın yeni prezidenti vəzifəsinin icrasına başladı

Hazırda oxunan: Argentinanın yeni prezidenti vəzifəsinin icrasına başladı

168406

Xavyer Miley Argentina Prezidenti kimi and içib.

Bizim.Media xəbər verir ki, mərasim Konqresin binasında baş tutub.

Andiçmə mərasimindən sonra səlahiyyət müddəti başa çatan dövlət başçısı Alberto Fernandes Mileyə Prezident lentini və əsanı təqdim edib.

“Argentinalılar dəyişiklik istəyini ifadə etdilər”, - Miley Konqres qarşısında Prezident kimi ilk çıxışında deyib.

Miley Argentinada prezident seçkilərinin ikinci turunda 56 faiz səslə qalib gələrək rəqibi, hakim sol mərkəzçi İttifaqın “Vətən naminə” koalisiyasının namizədi, iqtisadiyyat naziri Serxio Massanı (44 faiz) qabaqlayıb. Daxili siyasətdə Miley hökumətin minimal müdaxiləsini müdafiə edir, ölkənin Mərkəzi Bankını ləğvini istəyir və milli valyuta olan pesonun Amerika dolları ilə əvəzlənməsini təklif edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO