Prezident: “COP29-la bağlı Azərbaycanın namizədliyinin dəstəklənməsi dostluğumuzun nümunəsidir”

Prezident: “COP29-la bağlı Azərbaycanın namizədliyinin dəstəklənməsi dostluğumuzun nümunəsidir”

Hazırda oxunan: Prezident: “COP29-la bağlı Azərbaycanın namizədliyinin dəstəklənməsi dostluğumuzun nümunəsidir”

168344

“Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib. 

Dövlət başçısı qeyd edib: 

“Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO