Gülüstan Əliyeva:

Gülüstan Əliyeva: "Oğlum və gəlinim yeni evə köçdülər" – VİDEO 

Hazırda oxunan: Gülüstan Əliyeva: "Oğlum və gəlinim yeni evə köçdülər" – VİDEO 

168235

Əməkdar artist Gülüstan Əliyeva oğlunun ailəsindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla günaydın" səhər verilişində oğlu ilə gəlininin artıq onunla deyil, yeni evə köçərək, müstəqil yaşadıqlarını bildirib. 

"Oğlum və gəlinim bir-birini uşaqlıqdan tanıyırdılar. Yenə də oğluma seçim verdim. Oğlum ailənin tək uşağı olduğuna görə onu tez evləndirdim. Onu 23 yaşında evləndirdim. Oğlum qızla 5 yaşından bir yerdə böyümüşdülər.

Yaxşı insanlarla rastlaşmaq çox böyük uğur, şans və qənimətdir. Tapanda da gərək, yaxşı insanın qədrini biləsən. Bu mövzuda çox şanslıyam ki, oğlum istədiyi xanımı seçdi və onunla ailə qurdu. Onların artıq iki qız övladı var. Həyatları davam edir. Bu ildən də qərar aldıq ki, onlar öz əlləri, öz başları yaşayacaqlar (gülür) (ayrı yaşadıqlarını, yəni yeni evə köçdüklərini nəzərdə tutur - red.). Düşünürəm ki, uşaqların necə yaşaması ilk əvvəl valideynlərdən aslıdır", - deyə Gülüstan vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO