Ötən gün Türkiyə Superliqasında 15-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Qalatasaray"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Şahruddin sözügedən görüşdə start heyətdə yer alıb və sonadək oynayıb.
"Qalatasaray" - "Adana Demirspor" - 3:1
Qollar: Boe, 22 (1:0), Aktürkoğlu 28 (2:0), Nianq, 45+4-pen. (2:1), İkardi, 90+4-pen. (3:1)
"Qalatasaray" hazırda 40 xalla 1-ci, "Adana Demirspor" isə 23 xalla 5-ci pillədə qərarlaşıb. 37 xalla 2-ci pillədə olan "Fənərbaxça" sabah "Beşiktaş"a qalib gəlsə, liderliyi bərpa edəcək.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev Superliqanın son turunda "Samsunspor"la keçirilən oyunda ilk dəfə start heyətdə yer alıb. 2:3 hesablı məğlubiyyətdən sonra isə komandanın baş məşqçisi Patrik Klyüvert istefaya göndərilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 09.12.2023
Şahruddin "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı
Hazırda oxunan: Şahruddin "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı
Hazırda oxunan: Şahruddin "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı
168160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.