Britaniyalı nazir: “Bakı və İrəvanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyirik” - FOTO

Britaniyalı nazir: “Bakı və İrəvanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyirik” - FOTO

Hazırda oxunan: Britaniyalı nazir: “Bakı və İrəvanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyirik” - FOTO

168122

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Bakı ilə İrəvan arasında əldə olunmuş qarşılıqlı hərbi qulluqçuların azad edilməsi ilə bağlı razılığı şərh edib.

Bizim.Media xəbər verir ki, Dokerti bununla bağlı özünün "X" hesabında paylaşım edib.

"Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyətlərini təsdiqləyən bəyanatı çox ümidvericidir. Hər iki ölkəyə son səfərim zamanı da vurğuladığım kimi, Böyük Britaniya onların tarixi və davamlı sülhə nail olmaq istiqamətində səylərini tam dəstəkləyir", - deyə britaniyalı nazir qeyd edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO