Qarabağ və Şərqi Zəngəzurda neçə əcnəbi işləyir? - RƏSMİ 

Qarabağ və Şərqi Zəngəzurda neçə əcnəbi işləyir? - RƏSMİ 

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda neçə əcnəbi işləyir? - RƏSMİ 

168001

İş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər isə bu qaydada istisna təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Miqrasiya Xidməti yayıb.

Mənbə qeyd edir ki, bu istisna 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir:

"Miqrasiya qanunvericiliyində bu istiqamətdə yeniliklər olduqda ictimaiyyətə mütəmadi məlumat veriləcək. 01.12.2023-cü il tarixinə işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün etibarlı iş icazələrinə malik əcnəbilərin sayı 2943 nəfər təşkil edir. Həmin şəxslərin iş icazəsinin uzadılması işəgötürənlərin müraciətlərinə əsasən həyata keçirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO